Lənkəranda avtomobil piyadanı vuraraq öldürüb
Hadisə
Lənkəran rayonunda avtomobil piyadanı vuraraq öldürüb.
News24.az xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı magistralının Girdəni kəndi ərazisində baş verib.
Gecə saatlarında 2004-cü il təvəllüdlü Elsevər Məhərrəmov idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən 1975-ci il təvəllüdlü Əliyar Qulamovu vurub. Ağır xəsarət alan piyada hadisə yerində ölüb.
Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır. // Report