Lənkəranda bir nəfər şəlalədə çimərkən batdı

Lənkəranda bir nəfər şəlalədə çimərkən batdı Hadisə

Hirkan Milli Parkındakı şəlalədə çimən Lənkəran sakini batıb.

News24.az xəbər verir ki, hadisə rayonunun ucqar dağ kəndi olan Biləsərdə qeydə alınıb.

Hirkan Milli Parkı ərazisində yerləşən Bum şəlaləsində bir nəfərin batması ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) Cənub Regional Mərkəzinə məlumat verilib.

Hadisə yerinə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri, eləcə də hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Batan şəxsin kimliyinin müəyyənləşdirilməsi və sudan çıxarılması istiqamətində tədbirlər görülür.(bizimmedia)