Lənkəranda kanalda meyit tapıldı

Lənkəranda kanalda meyit tapıldı Hadisə

Lənkəranda kanalda meyit tapılıb.

News24.az xəbər verir ki, hadisə iyulun 30-da qeydə alınıb.

Yuxarı Nüvədi kənd sakini 1978-ci il təvəllüdlü Mais Abdullayevin meyiti Bəllərbur kəndinin ərazisində kanalda tapılıb.

Onun iyulun 26-dan itkin kimi axtarıldığı bildirilir.

Meyitin üzərində zorakılıq əlamətləri görünməyib.

Araşdırma aparılır./APA/