Lənkəranda meşədə iki nəfərin meyiti tapıldı

Lənkəranda meşədə iki nəfərin meyiti tapıldı Hadisə

Lənkəran rayonunda meşədə iki nəfərin meyiti tapılıb.

News24.az xəbər verir ki, hadisə rayonun Havzava kəndində baş verib.

Meyitləri "İbadi" deyilən meşəlik ərazidə tapılan 1997-ci il təvəllüdlü Xəzər Vurğun oğlu Mirzəyev və 2010-cu il təvəllüdlü Fidan Şahid qızı Məmmədovanın qohum olduqları, bir neçə gündür ailə üzvləri tərəfindən axtarıldıqları deyilir.

Faktla bağlı araşdırmalar davam etdirilir./Report