Lənkəranda yanğın başladı
Hadisə
Lənkəranda açıq sahədə yanğın başlayıb.
News24.az xəbər verir ki, hadisə rayonun Separadi kəndi ərazisində baş verib.
Yanğınla əlaqədar əraziyə Fövqəladə Hallar Nazirliyinin Lənkəran Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Hazırda yanğının söndürülməsi və ətraf ərazilərə yayılmasının qarşısının alınması istiqamətində tədbirlər görülür.
İlkin məlumata görə, yanğın baş verən əraziyə yaxın sahədə sitrus bağları yerləşir. Bağlarda budanan qurumuş ağaclar Separadi və ətraf kəndlərin sakinlərinin istifadəsi üçün açıq sahəyə yığılır. Kənd sakinlərinin həmin ağac qalıqlarından gündəlik olaraq təndirdə istifadə etdiyi bildirilir.
Yanğının həmin ağac qalıqlarının qəsdən yandırılması nəticəsində baş verdiyi ehtimal olunur.
Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır. (APA)