Lənkərandan ACI XƏBƏR gəldi: - ÖLƏN VAR
Hadisə
Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
News24.az apa-ya istinadla xəbər verir ki, hadisə şəhərin Hənifə Abdullayev küçəsində qeydə alınıb.
"Hyundai Accent" markalı minik avtomobili idarəetməni itirərək yoldan çıxıb və yol kənarındakı qaz tənzimləyiciyə, elektrik dirəyinə çırpılıb. Nəticədə 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
Əraziyə FHN-in Lənkəran Yanğından Mühafizə Hisssəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.