Lənkəranın 5 kəndinə dolu düşdü - Fotolar
Hadisə
Lənkəran rayonunda bu gün səhər saatlarından etibarən qeyri-sabit hava şəraiti müşahidə olunur.
News24.az xəbər verir ki, bir sıra yaşayış məntəqələrinə dolu düşüb, ardınca intensiv yağış yağıb.
Belə ki, saat 09:00 radələrindən başlayaraq Separadi, Tükəvilə, Zövlə, Şağlaser və Boladi kəndlərində, eləcə də Liman şəhərində dolu müşahidə olunub.
Təxminən 4-5 dəqiqə davam edən doludan sonra ərazilərə intensiv yağış yağıb, bəzi yerlərdə ağaclar aşıb.
Hazırda bölgədə yağışlı və küləkli hava şəraiti davam edir.
Dəymiş mümkün ziyanla bağlı əlavə məlumat verilməyib. ( Azərtac)