Lerikdə yaşayış evində yanğın baş verdi

Lerikdə yaşayış evində yanğın baş verdi Hadisə
Lerik rayonunda yaşayış evində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən News24.az -a verilən məlumata görə, rayonun Brkandul kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət taxta konstruksiyalı ev yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.