Tovuzda iki nəfər bıçaqlandı - Ölən var

Tovuzda iki nəfər bıçaqlandı - Ölən var Hadisə

Tovuzda qətl törədilib.

News24.az xəbər verir ki, hadisə rayonun Xəqani küçəsində qeydə alınıb. İlkin məlumata görə, hadisə zamanı iki nəfər bıçaqlanıb.

Xəsarət alanlardan biri (şəxsiyyəti dəqiqləşdirilir – red) ölüb, digəri - 1988-ci il təvəllüdlü Ü.Abdullayev isə Tovuz rayon Mərkəzi Xəstəxanasına yeləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma başlanılıb./report.az