Lökbatanda sexdə bədbəxt hadisə - 57 yaşlı kişi öldü
Hadisə
Qaradağ rayonunda bədbəxt hadisə baş verib.
News24.az xəbər verir ki, hadisə mayın 8-də Lökbatan qəsəbəsinin ərazisində yerləşən mərmər sexində qeydə alınıb.
Biləsuvar rayon sakini 1969-cu il təvəllüdlü Azər Babayev işləyən zaman mərmər daşının qırılıb başına dəyməsi nəticəsində ölüb.(Apa)