Masallıda 35 yaşlı sürücü qəzada öldü

Masallıda 35 yaşlı sürücü qəzada öldü Hadisə

Masallı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

News24.az xəbər verir ki, hadisə yeni Ələt-Astara magistralının Masallı rayonundan keçən hissəsində qeydə alınıb.

Astara rayonunun Şiyəkəran kənd sakini 35 yaşlı Rəhim Hüseynov idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib. Avtomobil yol kənarında olan maneəyə çırpılıb. Qəza nəticəsində sürücü R.Hüseynov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Avtomobildə sərnişin qismində olan iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır. (apa)

Masallıda 35 yaşlı sürücü qəzada öldü Masallıda 35 yaşlı sürücü qəzada öldü