Maşın ağaca çırpılıb alovlandı - Sürücü yanaraq öldü

Maşın ağaca çırpılıb alovlandı - Sürücü yanaraq öldü Hadisə

Zaqatalada ağır qəza baş verib.

News24.az xəbər verir ki, hadisə ötən gecə Qax-Zaqatala avtomobil yolunun Zaqatala rayonunun Yeni Suvagil kəndi ərazisində baş verib.

Belə ki, Əfqan Əfəndi oğlu Mülkümov idarə etdiyi “VAZ21099” markalı minik avtomobili hərəkətdə olarkən idarəetməni itirib, nəticədə avtomobil yol kənarındakı ağaca çırpılıb.

Hadisə zamanı avtomobildə yanğın baş verib və sürücü Ə.Mülkümov sükan arxasında yanaraq ölüb.

Avtomobil Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri tərəfindən söndürülüb.

Ə.Mülkümovun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır./Qafqazinfo