Maşın almaq üçün kredit götürən şəxsin başına iş gəldi
Hadisə
Bakının Binəqədi rayonunda kredit götürən şəxsin pulu oğurlanıb.
Bu barədə News24.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Məlumata görə, vətəndaş polisə şikayət edərək avtomobil almaq üçün bankların birindən 4000 manat məbləğində götürdüyü krediti evinə gətirdiyini, mənzildə olmadığı vaxt həmin pulun oğurlandığını bildirib.
Binəqədi rayonu ərazisində keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluqla əlaqəli cinayətə görə məhkum olunmuş, zərərçəkənin köhnə tanışı N.Qədirli müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.