Maştağada bacıoğlu dayını bıçaqladı

Maştağada bacıoğlu dayını bıçaqladı Hadisə

Maştağa qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

News24.az-ın xəbərinə görə, hadisə Hüsü Hüseynzadə dalanı, 8 ünvanında qeydə alınıb.

Belə ki, 1982-ci il təvəllüdlü Məmmədov Nüsrət Müslüm oğlu bıçaq xəsarətləri alıb.

İddiaya görə, bacısı oğlu onun üz və bədən nahiyələrinə xəsarət yetirib. Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı ərazi polis orqanında araşdırma aparılır.