Maştağada “Mercedes” mağazaya çırpıldı - Video

Maştağada “Mercedes” mağazaya çırpıldı - Video Hadisə

Sabunçu rayonunda qəza baş verib.

News24.az xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

Hadisə şahidlərinin sözlərinə görə, yüksək sürətlə gələn “Mercedes” markalı avtomobil qəfil idarəetməni itirib. Nəticədə, maşın yolun kənarındakı mağazaya çırpılıb.

Qəza nəticəsində sürücü xəsarət alıb, obyektə isə ziyan dəyib.