Məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi - VİDEO

 Məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi - VİDEO Hadisə

Oktyabrın 12-də paytaxtın Qaradağ rayonunda məktəb direktoruna məxsus “Kia” markalı avtomobilin yandırılması faktı araşdırılıb.

DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə polis tərəfindən keçirilən tədbirlərlə avtomobili yandıran, əvvəllər məhkum olunmuş Fuad İbrahimov müəyyən olunaraq həbs edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.