Məktəblilərin davası qanla bitdi

Məktəblilərin davası qanla bitdi Hadisə

Türkiyədə lisey şagirdləri arasında naməlum səbəbdən baş verən mübahisə bıçaqlı davaya çevrilib.

News24.az xəbər verir ki, davada 4 nəfər yaralanıb.

Xəbər verildikdən sonra əraziyə polis və təcili yardım qrupları göndərilib. Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya çatdırılıb. 

Hadisə ilə bağlı 3 məktəbli saxlanılıb. Şübhəlilər polis bölməsindəki əməliyyatlarının ardından ədliyyəyə sövq edilir.

Günel Məlikzadə