Məmmədli dairəsində güclü yanğın - Video
Hadisə
Abşeron rayonunun Məmmədli dairəsi ərazisində yerləşən obyektlərdə güclü yanğın başlayıb.
News24.az xəbər verir ki, alov qısa müddətdə geniş əraziyə yayılıb.
Hadisə şahidinin sözlərinə görə, yanan tikilidə müxtəlif təyinatlı, o cümlədən yem satışı və avtomobil ehtiyat hissələrinin satışı ilə məşğul olan obyektlər fəaliyyət göstərir.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub.