“Mercedes” “KamAz”a çırpıldı - Yaralılar var - Fotolar

“Mercedes” “KamAz”a çırpıldı - Yaralılar var - Fotolar Hadisə

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi olub.

News24.az xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Qarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı nəqliyyat vasitəsi qarşısında hərəkətdə olan “KamAz” markalı yük maşınına çırpılıb.

Nəticədə minik maşınında olan dörd sərnişin ağır bədən xəsarətləri alıblar. Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüblər.

Hadisə yerinə Dövlət Yol Polisi Bölməsinin əməkdaşları cəlb olunub və hadisənin başvermə səbəbləri araşdırılır. /Report.az/