“Mercedes”lə “Range Rover” toqquşdu - Video
Hadisə
Paytaxtın Qaradağ rayonunda avtomobillər toqquşub.
News24.az xəbər verir ki, hadisə Qobustan qəsəbəsi ərazisində qeydə alınıb.
“Mercedes” və “Range Rover” markalı avtomobillərin toqquşması nəticəsində nəqliyyat vasitələrinə ciddi zərər dəyib.
Xoşbəxtlikdən ağır xəsarət alan olmayıb.
Araşdırma aparılır.