Mərdəkanda dənizdə bir ailənin 4 üzvündən ikisi batdı
Hadisə
Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə faciəvi hadisə baş verib.
News24.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə daxil olan məlumata görə, nəzarətsiz ərazidə 4 nəfərin batması barədə siqnal alınıb.FHN-in dalğıc-xilasediciləri dərhal axtarışlara cəlb olunub. Operativ əməliyyat nəticəsində 1975-ci il təvəllüdlü Rasim Məmmədov və onun 2016-cı il təvəllüdlü qızı Aytən Məmmədzadə xilas edilib.Dalğıclar 2005-ci il təvəllüdlü Raul Məmmədovun meyitini sudan çıxarıb aidiyyəti üzrə təhvil veriblər. Hazırda 2007-ci il təvəllüdlü Zeynəb Məmmədzadənin axtarışları davam etdirilir.
Əlavə məlumat veriləcək.