Məscidə silahlı hücum: - XEYLİ SAYDA ÖLƏN VAR

Məscidə silahlı hücum: - XEYLİ SAYDA ÖLƏN VAR Hadisə

Əfqanıstanın Herat şəhərində naməlum şəxs məscidə silahlı hücum edib .

News24.az xəbər verir ki, bu barədə Taliban administrasiyasının Daxili İşlər Nazirliyinin sözçüsü Abdul Mateen Qani məlumat yayıb.

O bildirib ki, naməlum silahlı şəxs məsciddə namaz qılan dinc insanlara atəş açıb.

Qeyd edək ki, silahlı hücumu nəticəsində 6 nəfər ölüb, bir nəfər yaralanıb.

Mehriban Mirzəzadə