Məscidi 7 milyona satışa çıxartdı

Məscidi 7 milyona satışa çıxartdı Hadisə

Türkiyədə baş verən maraqlı hadisədə Cengiz Alkan adlı vətəndaşın ev vədi ilə öz torpağında məscid tikintisinə icazə verdiyi iddia edilib.

News24.az NTV-yə istinadən xəbər verir ki, ona verilən vədin yerinə yetirilmədiyini iddia edən Alkan, lazımi orqanlara şikayət etdiyini, lakin bir çarə tapa bilmədiyini bildirib.

Bunun üzərinə Alkan maraqlı üsula əl ataraq sosial media hesabında "Taşoluk Kadıköydəki torpağım üzərində tikilən məscid 440 kvadratmetr satılır", deyə paylaşıb.

Alkan “Bizim torpağımızda məscid tikib əvəzində bizə ev verəcəkdilər. Məscid tikildi, amma vədə əməl olunmadı. 2018-ci ildə lazımi orqanlara müraciət etdim. İfadəmi aldılar, amma problem həll olunmadı. Bundan sonra onu satıb o pulla evimizi tikəcəyik. Problemi hər yerə bildirdim, amma həll tapa bilmədikdə bu həlli tapdım. Bu yaxşı deyildi, amma yeganə həll yolu bu idi. Maddi vəziyyətim pisdir, başıma belə bir şey gəlib. Kömək gözlədim, gəlməyincə bu üsula əl atdım. llərdir kirayədə qalıram, uşaqlarım, ailəm ev istəyir".

Günel Məlikzadə


Məscidi 7 milyona satışa çıxartdı