Məşhur aktyor sürücüyə söyüş söydü - ANBAAN GÖRÜNTÜ
Hadisə
Məşhur aktyor İlker Aksumun dava etdiyi görüntülər yayılıb.
News24.az xəbər verir ki, o İzmirin Urla bölgəsində yolda olarkən sürücülərdən biri ilə problem yaşayıb və maşınından enərək onunla dava edib.
Aktyor sürücüyə söyüş söyüb və onu təhqir edib.
Həmin vaxt İlkerin yanında həyat yoldaşı Dilay Aksum da olub. O aktyoru sakitləşdirməyə çalışıb, lakin buna nail ola bilməyib.
Sözügedən dava ətrafdakı digər sürücülər tərəfindən anbaan görüntülənib.
Həmin kadrları təqdim edirik:/baku.ws