Məşhur aparıcı vəfat etdi

Məşhur aparıcı vəfat etdi Hadisə

Türkiyənin tanınmış televiziya və xəbər aparıcısı Reha Muxtar müalicə aldığı xəstəxanada vəfat edib.

News24.az-ın məlumatına görə, bir müddət əvvəl ona ürək çatışmazlığı diaqnozu qoyulub və Bodrumda müalicə alırdı. Reha Muxtar 66 yaşında dünyasını dəyişib.

O, TRT, Show TV, Kanal D, Star TV, ATV, FOX TV, CNN Türk və digər televiziya kanallarında çalışaraq Türkiyənin ən tanınmış xəbər aparıcılarından birinə çevrilib.