"Vaga"nın anası vəfat etdi
Hadisə
"Vaga" ləqəbi ilə tanınan tiktoker Vüqar Zeynalzadənin anası vəfat edib.
News24.az-ın xəbərinə görə, bu barədə tiktoker şəxsi sosial şəbəkə hesabında paylaşım edib. O, anasının vəfat etdiyini izləyicilərinə çatdıraraq dərin kədərini ifadə edib.
Qeyd edək ki, Vüqar Zeynalzadə bir müddət əvvəl hüquq-mühafizə orqanları tərəfindən saxlanılmış və barəsində həbs qətimkan tədbiri seçilmişdi. O, sosial şəbəkələrdə yayımladığı paylaşımlarla gündəmə gəlmişdi.