Metroda cibgirlik: - 14 min avro oğurlandı

Metroda cibgirlik: - 14 min avro oğurlandı Hadisə

Milanda 35 yaşlı Azərbaycan vətəndaşı 21 yaşlı cibgir qız tərəfindən qarət edilib. 

News24.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. 

İtaliya mətbuatının yazdığına görə, hadisə metronun Centrale stansiyasında baş verib. Polis 21 yaşlı qızın Rumıniya vətəndaşı olduğunu müəyyən edib. Onun əvvəllər də cibgirliklə məşğul olduğu üzə çıxıb.

Qeyd edək ki, Azərbaycan vətəndaşından 14 min avro oğurlandığı iddia olunur.

Nəzrin