Metronun "Cəfər Cabbarlı" stansiyasında həyəcanlı anlar - Yeniləndi 1
Hadisə
Bakı metrosunun Cəfər Cabbarlı" stansiyasında tüstüləmə olub.
News24.az xəbər verir ki, stansiyada tüstü müşahidə edilib.
İlkin ehtimala görə, tüstülənmə qısaqapanma nəticəsində baş verib.( APA)
09:43
“Cəfər Cabbarlı” stansiyasına bitişik yeraltı keçiddə yerləşən ticarət mağazasında tüstülənmə baş verib. Tüstülənmənin nəticələrinin sərnişinlərə təsirlərinin qarşısını almaq məqsədilə “Cəfər Cabbarlı” stansiyasının giriş və çıxış qapıları dərhal bağlanılıb, havalandırma sistemi sovurma rejiminə keçirilib.
Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Bakı Metropoliteni QSC-dən bildirilib:
"“Cəfər Cabbarlı” və “28 May” stansiyalarının, həmçinin “Cəfər Cabbarlı-Xətai” mənzilində qatarların hərəkəti normal iş rejimi şəraitində təmin edilir.
Saat 10:00-da stansiyanın giriş-çıxışı istifadəyə veriləcək".
10:01
Stansiya sərnişinlərin giriş-çıxışına tam açılıb.
News24.az xəbər verir ki, bu barədə Bakı Metropoliteni QSC-dən bildirilib.