Meyiti yaşadığı evdən tapıldı

Meyiti yaşadığı evdən tapıldı Hadisə

Bakıda 32 yaşlı kişi müəmmalı şəraitdə ölüb.

News24.az xəbər verir ki, hadisə bu gün saat 03 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsində baş verib.

1994-cü il təvəllüdlü R.Rzayevin meyiti yaxınları tərəfindən yaşadığı evin həyətində aşkar edilib.

Onun hansı səbəbdən vəfat etməsi rayon prokurorluğu tərəfindən araşdırılır.