"Meyvəli" bazarı yaxınlığında ağır qəza - -ÖLƏN VAR

"Meyvəli" bazarı yaxınlığında ağır qəza - -ÖLƏN VAR Hadisə

Qaradağ rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

News24.az -ın məlumatına görə, hadisə "Meyvəli" ticarət mərkəzinin yaxınlığındakı yolda qeydə alınıb. 

Ərazidən keçən yolda hərəkətdə olan 1988-ci il təvəllüdlü Saleh Cəbrayılovun idarə etdiyi "Ford Transit" markalı avtomobillə Bədəl Bədəlovun idarə etdiyi "Lada Priora" markalı avtomobil toqquşub.

Nəticədə Bədəl Bədəlov hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.