Meyxanaçı Ağakərim vəfat etdi - Yeniləndi - Foto

Meyxanaçı Ağakərim vəfat etdi - Yeniləndi - Foto Hadisə

Meyxanaçı Ağakərim vəfat edib.

News24.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.

Xatırladaq ki, meyxanaçı Ağakərimin 2017-ci ilin martında beyninə qan sızıb. Həmin gündən ifaçının səhhətində ciddi problemlər yaranıb. (manşet.az)

16:23


Dekabrın 19-u saat 15:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sabunçu rayonu, Maştağa ərazisindən çağırış qeydə alınıb.

Bu barədə News24.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən meyxanaçı Kərim Novruzovun həkiməqədər ölüm faktı qeydə alınıb.

Meyxanaçı Ağakərim vəfat etdi - Yeniləndi - Foto Meyxanaçı Ağakərim vəfat etdi - Yeniləndi - Foto