Mikroavtobus qəzasında xəsarət alanların vəziyyəti AÇIQLANDI

Mikroavtobus qəzasında xəsarət alanların vəziyyəti AÇIQLANDI Hadisə

Astara rayonunun Deqədi kəndində mikroavtobusun aşması nəticəsində xəsarət alan 17 nəfərin vəziyyəti açıqlanıb.

Bu barədə News24.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, hadisə nəticəsində xəsarət alan 12 nəfər (6 kişi, 6 qadın) Astara Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub. Onlara bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozu qoyulub.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

Digər 5 nəfər (3 kişi, 2 qadın) isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə yerləşdirilib. Onlara bədənin müxtəlif nahiyələrinin travmaları və sınıqları diaqnozu qoyulub.

Hazırda 3 nəfərin müalicəsi xəstəxanada davam etdirilir. Onların vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Digər 2 nəfər isə ambulator müalicə üçün evə buraxılıb.