Mikroavtobusla “KamAZ” toqquşdu - Xəsarət alanlar var

Mikroavtobusla “KamAZ” toqquşdu - Xəsarət alanlar var Hadisə

Hacıqabulda baş verən qəzada 5 nəfər xəsarət alıb.

News24.az xəbər verir ki, hadisə Bakı-Qazax magistralının 108-ci kilometrliyində, Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes Vito” markalı mikroavtobus arxadan “KamAZ” markalı yük avtomobilinə çırpılıb.

Nəticədə mikroavtobusda olan 5 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. /APA/