Mingəçevirdə 12 yaşlı qızın bədəninə armatur batdı

Mingəçevirdə 12 yaşlı qızın bədəninə armatur batdı Hadisə

Mingəçevir şəhərində 12 yaşlı qız yaşadığı evin həyətində oynayarkən xəsarət alıb.

News24.az xəbər verir ki, həyətdə oynayan 2014-cü il təvəllüdlü Zəhrə Məmmədova müvazinətini itirərək yıxılıb və bədəninə armatur batıb.

Ağır xəsarət alan 12 yaşlı qız xəstəxanaya çatdırılıb. Ona ilkin tibbi yardım göstərildikdən sonra paytaxtdakı klinikalarda birinə köçürülüb. (Teleqraf)