Mingəçevirdə 39 yaşlı şəxs bıçaqlandı - Qonşusu saxlanıldı
Hadisə
Mingəçevir şəhərində bıçaqlanma hadisəsi baş verib.
News24.az xəbər verir ki, hadisə şəhərin Şəfa Bağları adlanan yaşayış massivində qeydə alınıb.
Belə ki, 21 yaşlı Ələkbər Osmanov mübahisə zəminində qonşusu, 39 yaşlı Şahid Məmmədovu bıçaqlamaqda şübhəli bilinir.
İlkin məlumata görə, polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ə. Osmanov saxlanılıb.
Faktla bağlı Mingəçevir Polis Şöbəsində araşdırma aparılır.