Mingəçevirdə Ağdam sakini bıçaqlandı

Mingəçevirdə Ağdam sakini bıçaqlandı Hadisə

Mingəçevirdə Ağdam rayon sakini bıçaqlanıb.

News24.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində yerləşən köçkün şəhərciyində baş verib.

1990-cı il təvəllüdlü Ağdam rayon sakini Abbasov Elvin Sərdar oğlu naməlum şəraitdə bıçaqlanıb.

Təcili xəstəxanaya çatdırılan yaralı dərhal əməliyyata alınıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, 36 yaşlı şəhər sakininin kəsilmiş-deşilmiş xəsarətlər alması ilə bağlı ərazi üzrə polis orqanında araşdırma aparılır.