Mingəçevirdə avtobus piyadanı vurdu
Hadisə
Mingəçevirdə sərnişin avtobusu piyadanı vurub.
News24.az xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib.
Belə ki, 5 saylı marşurut üzrə hərəkət edən avtobus piyada Tağıyev Elşən Arzuman oğlunu vuraraq ona xəsarət yetirib.
Yaralı xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.