Mingəçevirdə qəza oldu: yaralanan var
Hadisə
Mingəçevirdə yol qəzası olub, yaralanan var.
News24.az xəbər verir ki, hadisə Samux küçəsində baş verib. İki minik avtomobilinin toqquşması zamanı müxtəlif bədən xəsarətləri alan 1975-ci il təvəllüdlü şəhər sakini Məmmədov Elman Yusif oğlu xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır. (Unikal)