Mingəçevirdə yolu keçən piyadaları maşın vurdu – YENİLƏNDİ

Mingəçevirdə yolu keçən piyadaları maşın vurdu – YENİLƏNDİ Hadisə

Mingəçevirdə piyada keçidində avtomobillə vurulan şəxslərin adları bəlli olub. 

News24.az xəbər verir ki, onlar 19 yaşlı Yelena Yaqubova və 19 yaşlı Nərmin Muxtarzadədir. (Unikal)

**20:45

Mingəçevirdə maşın iki piyadanı vurub.

News24.az xəbər verir ki, "Ford tranzit" markalı avtomobil eyni anda yolu keçmək istəyən iki piyadanı vurub. Müxtəlif bədən xəsarəti alan piyadalar xəstəxanaya çatdırılıb. Onların kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır. (Unikal)