Mingəçevirdə iki qadını maşın vurdu - Biri öldü
Hadisə
Mingəçevirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, hadisə axşam saatlarında Təbriz küçəsində baş verib.
Maşın yolu keçən iki piyada qadını vurub.
1956-cı il təvəllüdlü Zöhrə Vahid qızı İsmayılova müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Firəngiz adlı digər bir qadını isə xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma başlanıb. (Teleqraf.com)