Misirdə qəzaya düşən azərbaycanlı ailədən - XƏBƏR VAR

Misirdə qəzaya düşən azərbaycanlı ailədən - XƏBƏR VAR Hadisə


Misirdə avtomobil qəzasına düşmüş azərbaycanlı ailə (3 nəfər) ilə Misirdəki səfirliyimiz tərəfindən əlaqə saxlanılıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə Trend-in sorğusuna cavab olaraq bildirib ki, həmvətənlərimiz yüngül xəsarətlər alıblar.

“Vəziyyətləri yaxşıdır. Artıq mehmanxanadadırlar və heç bir şikayətləri yoxdur", - deyə Hacızadə bildirib.