Şəmkirdə ağır qəza oldu - Ölən və yaralananlar var

Şəmkirdə ağır qəza oldu - Ölən və yaralananlar var Hadisə

Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, Şəmkir rayonunun Keçili kənd sakinləri, 2006-cı il təvəllüdlü (20 yaş) Əmrahov Vüsal Vüqar oğlunun idarə etdiyi "VAZ"-2106 markalı avtomobil idarəetmədən çıxaraq yol kənarında olan ağaca çırpılıb. Nəticədə sərnişin, 2008-ci il təvəllüdlü (18 yaş) Orucov Teymur Əli oğlu ölüb, sürücü və digər sərnişin, 2002-ci il təvəllüdlü (24 yaş) Rüstəmov Cahid Asəf oğlu isə xəsarət alıblar.

Fakt araşdırılır. (unikal)