Şəmkirdə ağır yol qəzası ilə bağlı cinayət işi başladıldı - YENİLƏNDİ
Hadisə
Şəmkirdə 5 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzasında xəsarət alan azyaşlı xəstəxanada ölüb.
News24.az xəbər verir ki, həkimlərin göstərdiyi tibbi yardımlara baxmayaraq, qəza zamanı xəsarət alan 2021-ci il təvəllüdlü Q. Aslanovun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, hadisə avqustun 17-də Bakı-Qazax magistral yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “VAZ-2106” markalı avtomobillə “KİA” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində 5 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır./APA
10:36
Şəmkirdə 6 nəfərin öldüyü avtoqəza ilə bağlı cinayət işi başlanılıb.
News24.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Şəmkirdən keçən hissəsində qeydə alınıb.
Gədəbəy rayon sakini, 1973-cü il təvəllüdlü Elnur Hüseynovun idarə etdiyi "KIA Sorento" markalı minik avtomobil Şəmkir rayonunun Mahmudlu kənd sakini 1981-ci il təvəllüdlü Əli Aslanovun idarə etdiyi "VAZ-2106" markalı avtomobillə toqquşub.
Nəticədə 6 nəfər ölüb, 6 nəfər isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol-istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümü ilə nəticələndikdə) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.