Şəmkirdə itlərin parçaladığı kişi meyiti tapıldı

Şəmkirdə itlərin parçaladığı kişi meyiti tapıldı Hadisə

Şəmkir rayonunda orta yaşlı kişinin meyiti aşkarlanıb.

News24.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Ağdağlar adlanan ərazisində qeydə alınıb.

İlkin məlumata görə, meyitin itlər tərəfindən parçalandığı bildirilir. Ölən şəxsin tüfeyli həyat tərzi keçirdiyi qeyd olunur.

Faktla bağlı araşdırma aparılır.