Şəmkirdə məktəb direktoru vəfat etdi
Hadisə
Şəmkirdə məktəb direktoru vəfat edib.
News24.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıblar.
Bildirilib ki, Şəmkir şəhər Fərman Salmanov adına tam orta ümumtəhsil məktəbinin direktoru Alidə Hüseynova dünyasını dəyişib.
Onun ölüm səbəbi barədə məlumat verilməyib.