Şəmkirdə piyada ölümü ilə nəticələnən ağır qəza baş verdi
Hadisə
Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, hadisə bu gün saat 05:05-də Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisindən keçən 397-ci kilometrində qeydə alınıb.
Belə ki, 1990-cı il təvəllüdlü Ağstafa rayonu, Eynallı kənd sakini Səbuhi Mahmud oğlu Mustafayev idarə etdiyi 05-BJ-757 dövlət qeydiyyat nişanlı, "Mercedes-Benz Vito" markalı avtomobil ilə Qazax istiqamətində hərəkətdə olarkən qadın piyadanı vurub. Nəticədə piyada hadisə yerində ölüb.
Aparılan istintaq tədbirləri zamanı piyadanın şəxsiyyəti müəyyən edilib.
Ölən şəxs 1972-ci il təvəllüdlü Şəmkir rayonu Mahmudlu kənd sakini Təravət Azad qızı İsrafilovadır.
Faktla bağlı araşdırma aparılır./Oxu.Az