Moskvada ağır yol qəzası: - Qasımov yaralandı..

Moskvada ağır yol qəzası: - Qasımov yaralandı.. Hadisə

Moskvada ağır yol qəzası baş verib.

News24.az xəbər verir ki, bu barədə “Baza” məlumat yayıb. 

Bildirilib ki, Miçurinski prospektində iki avtomobilin toqquşması nəticəsində azı 3 nəfər ölüb. Daha üç nəfər isə yaralanıb.

Yaralananların siyahısı:

1) Qasımov - 27 yaş

2) Kudryaşov - 35 yaş

3) Məhəmmədova - 30 yaş

Ölənlərdən iki nəfərin kimliyini təyin etmək mümkün olmayıb. Buna səbəb isə onların sənədlərinin olmaması olub. 

Hadisə şahidlərinin sözlərinə görə, qəzaya səbəb olan şəxs hadisə yerindən qaçıb.


Teymur Məmmədov