Motosikletlə skuter toqquşdu - Xəsarət alanlar var

Motosikletlə skuter toqquşdu - Xəsarət alanlar var Hadisə

Naxçıvanda motosikletlə skuter toqquşub.

News24.az xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.

Qəza nəticəsində 3 nəfər - Uğur Əsgərov, Amin Quliyev və Simuzər Xəlilli xəsarət alaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır. /Qafqazinfo/