Müalicə üçün xəstəxanaya getdi, - YAŞAMADIĞINI ÖYRƏNDİ

Müalicə üçün xəstəxanaya getdi, - YAŞAMADIĞINI ÖYRƏNDİ Hadisə

Türkiyədə maraqlı hadisə baş verib.

23 yaşlı Fetiye Balgün yaşadığı evdə pilləkənlərdən yıxılaraq xəsarət alıb. Həyat yoldaşı ilə birlikdə Edremit Dövlət Xəstəxanasının Təcili Xidmətinə gedən Balgün müalicə üçün qeydiyyatdan keçmək istəyəndə həyatının şokunu yaşayıb. Qeydiyyatçı Balgünün xəstəxana qeydlərində ölü göründüyünü söyləyib.

News24.az xəbər verir ki, yaşadıqlarını İhlas Xəbər Agentliyinə danışan Fetiye Balgün, “Pilləkənlərdən yıxıldım, burnum dəydi, şişdi. Bundan sonra xəstəxanaya gedəndə müalicə üçün vəsiqəmi təhvil verdim. Şəxsiyyət seriya nömrəsini daxil edib deyirlər ki, ölmüsən, sənə qarşı tədbir görülə bilməz. Həyat yoldaşım da bunun şahidi olub.

Gənc qadının əri Görkem Balgün başına gələnləri belə izah edib: “İşdən çıxdım. Həyat yoldaşımın zəngindən sonra motosikletimlə birbaşa evə getdim. Gördüm ki, hər yerdə qan var. Həyat yoldaşımı xəstəxanaya apardım. Xəstəxanaya daxil olub vəsiqəni təhvil verəndə “mərhuma qarşı heç bir tədbir görülə bilməz” dedilər. “Bizi orada bir saat yarım gözlətdilər və geri göndərdilər”.

Qeyd edək ki, Balıkəsirdə xəstəxanada körpəsini itirən Balgün cütlüyünün uşaqlarının yerinə Fetiye Balgünün ölü olaraq qeyd edilməsində yaranan çaşqınlıq cütlüyün şikayəti əsasında düzəldilib.

Məryəm İlhamqızı

Müalicə üçün xəstəxanaya getdi, - YAŞAMADIĞINI ÖYRƏNDİ