Naftalanda hoteldə Özbəkistan vətəndaşının meyiti tapıldı
Hadisə
Naftalan şəhərində sanatoriyaya istirahətə gələn Özbəkistan vətəndaşının meyiti tapılıb.
News24.az xəbər verir ki, hadisə “Garabagh Resort & SPA”da baş verib.
1957-ci il təvəllüdlü Zufarof Cahangir Mahmudoviçin meyiti otaqda aşkarlanıb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.
İlkin məlumata görə, meyitin üzərində hər hansı bir zorakılıq əlaməti aşkar edilməyib. Faktla bağlı prokurorluqda araşdırma başlanılıb./Qafqazinfo